İDMAN


Güləşçimiz Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub [YENİLƏNİB]

A+ A

Bürünc medal uğrunda keçirilən görüşdə Cəbrayıl Həsənov özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək “Rio-2016”nı mükafatçılar sırasında bitirib.

Bakı, 19 avqust, AZƏRTAC 

19:43

Cəbrayıl Həsənov yarımfinalda Rusiya idmançısı Aniuar Geduyeva məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq.

18:59

Cəbrayıl Həsənovun yarımfinaldakı rəqibi müəyyənləşib. Finala gedən yolda güləşçimiz Rusiya idmançısı Aniuar Geduyev ilə üz-üzə gələcək.

18:56

Dörddəbir finalda Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşviliyə qalib gələrək yarımfinala yüksəlib.

18:40

Dörddəbir finalda Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşvili ilə üz-üzə gələcək.

17:54

Daha bir sərbəst güləşçimiz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat qat Avropa çempionumuz Cəbrayıl Həsənov səkkizdəbir finalda kolumbiyalı Karlos Arturo İzkierdo Mendesdən üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.