İDMAN


Güləşçimiz Elvin Mürsəliyev dünya və Avropa çempionuna məğlub olaraq “Rio-2016”da mübarizəni dayandırıb [YENİLƏNİB]

A+ A

E.Mürsəliyev 1/4 final mərhələsində rəqibi dünya və Avropa çempionu Peter Başçiyə (Macarıstan) məğlub olaraq “Rio-2016”da mübarizəni dayandırıb.

18:39

Təmsilimizin Elvin Mürsəliyevin dörddəbir finaldakı rəqibi macarıstanlı Peter Başçi olacaq. Peter Başçi 2014-cü ilin dünya və Avropa çempionudur.

18:25

Güləşçimiz Elvin Mürsəliyev növbəti qələbəsini qazanıb. Döşək üzərinə çıxan Elvin Mürsəliyev 1/8 final mərhələsində Qazaxıstan idmançısı Doshan Kartıkovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala adlayıb.

17:34

Güləşçimiz Elvin Mürsəliyevin növbəti mərhələdəki rəqibi müəyyənləşib. Elvin Mürsəliyev səkkizdəbir finalda Doshan Kartıkov (Qazaxıstan) ilə qarşılaşacaq.

17:20

Bakı, 14 avqust, AZƏRTAC

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının doqquzuncu günündə - avqustun 14-də yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Elvin Mürsəliyevin çıxışı uğurlu olub.

AZƏRTAC xəbər verir ki, turnirdə 75 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Azərbaycan təmsilçisi, ilk Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev 1/16 final mərhələsində Misir təmsilçisi Mahmud Fevzi Rəşad Sebye ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elvin Mürsəliyev səkkizdəbir final mərhələsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.