İDMAN


Güləşçimiz Elvin Mürsəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb VİDEO

Bakı, 18 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan güləşçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi, ilk Avropa Oyunlarının qızıl medalçısı Elvin Mürsəliyev finalda Türkiyə idmançısı Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.