İDMAN


Güləşçimiz Həsən Əliyev beynəlxalq turnirin qızıl medalını qazanıb [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Daha bir Azərbaycan təmsilçisi güləş üzrə “Qızıl Qran-pri” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

85 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz İslam Abbasov final görüşündə Polşa pəhləvanı Tadeuş Mixalik ilə qarşılaşıb. 5:1 hesabı ilə qələbə qazanan İslam Azərbaycan millisinin hesabına üçüncü qızıl medalı qazandırıb.

19:08

80 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Rafiq Hüseynov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” turnirinin final mərhələsində millimizin hesabına daha bir qızıl medal qazandırdı.

Təmsilçimiz həlledici görüşdə Türkiyə pəhləvanı Aslan Atem ilə qarşılaşıb. Rafiq Hüseynov rəqibini 2:1 hesabı ilə məğlub edib.

18:02

Azərbaycan güləşçisi Həsən Əliyev (71 kq) qızıl medal uğrunda görüşdə macarıstanlı Balint Korpas ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş güləşçimizin qələbəsi ilə başa çatıb.

15:55

Qızıl medal uğrunda Azərbaycan təmsilçisi Həsən Əliyev (71 kq) Macarıstan güləşçisi Balint Korpasa, Rafiq Hüseynov (80 kq) türkiyəli Aslan Atemə, Elvin Mürsəliyev (75 kq) serbiyalı Viktor Nemesə, İslam Abbasov (85 kq) polşalı Tadeusz Mixalikə, Oyan Nəzəriani (130 kq) isə Belarus təmsilçisi Kiril Hrişçankaya qarşı mübarizə aparacaq.

Yarışda 59 kiloqram çəki dərəcəsində bürünc medal görüşündə xalça üzərinə iki Azərbaycan güləşçisi çıxacaq. Bu çəkidə Taleh Məmmədov qırğızıstanlı Kanibek Jolçubekov, Kərim Cəfərov isə rusiyalı Mingiyan Semyonov ilə üz-üzə gələcək.

Üçüncü yer uğrunda görüşdə Rövşən Tağıyev (66 kq) qazaxıstanlı Nurtay Nurgaliyev, Cahid Nəcəfov (71 kq) çinli Ridong Jang, Mehrac Kərimov (75 kq) gürcüstanlı Zurabi Datunaşvili, Soltan İsmayılov (85 kq) kubalı Daniel Heçavarriayal, Orxan Nuriyev (98 kq) isə türkiyəli Cenk İldemlə qarşılaşacaq.

 

10:40

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi qatılıb.

Proqrama əsasən, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 23 güləşçimiz xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Murad Məmmədov (hər üçü 59 kq), Kamran Məmmədov, Rövşən Tağıyev, Azad Əliyev (hər üçü 66 kq), Həsən Əliyev, Rüstəm Əliyev, Ruhin Mikayılov (hər üçü 71 kq), Elvin Mürsəliyev, Şəmistan Quluzadə, Mehrac Kərimov (hər üçü 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov, Elton Vəzirzadə (hər üçü 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Arif Niftullayev (hər üçü 85 kq), Orxan Nuriyev, Araz Həsənov, Nizami Şəmilov (hər üçü 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alıblar.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.