İDMAN


Güləşçimiz Mariya Stadnik “Rio-2016”da gümüş medal qazanıb VİDEO

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz son saniyələrdə məğlub olaraq "Rio-2016"nın gümüş medalı ilə kifayətlənib.

Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır.

AZƏRTAC-ın arayışı: Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü, 2012-ci ildə Londonda təşkil olunan Olimpiadada isə 2-ci yerə sahib olub.

M.Stadnikin iki övladı var. Həyat yoldaşı Andrey Stadnik isə onun məşqçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.