İDMAN


Güləşçimiz Məhəmməd Müslümov qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 19 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Azərbaycan güləşçisi Məhəmməd Müslümov IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 41 saniyə ərzində 10:0 hesabı ilə qələbə qazanıb və finala yüksəlib. Yarımfinalda onun rəqibi Əfqanıstan təmsilçisi Malik Can Sadid olub.

Nurməhəmməd Hacıyev (97 kq) isə ilk görüşündə türkmənistanlı Yusup Melecayevə qalib gələrək yarımfinala yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.