İDMAN


Güləşçimiz Sabah Şəriəti "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb VİDEO

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olub. Dörddəbir final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi, "London-2012"nin bürünc mükafatçısı türkiyəli Rza Kayaalpa məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti "Rio-2016"nın bürünc medalına sahib olub və Azərbaycana üçüncü medalı qazandırıb.

AZƏRTAC-ın arayışı:

Sabah Şəriəti 1989-cu il yanvarın 1-də İranda anadan olub. Güləşçi Azərbaycanın paytaxtında keçirilən "Bakı-2015" ilk Avropa Oyunlarının gümüş medalçısıdır. 2013 və 2014-cü ildə Bakıda keçirilən və Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirinin qızıl medalına sahib olub. Sabah Şəriəti I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, ilk iki medalı Azərbaycana cüdoçular qazandırmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.