İDMAN


Güləşçimiz Tatyana Omelçenko beynəlxalq turnirin gümüş medalına sahib olub [YENİLƏNİR] VİDEO

A+ A

Finaladək inamla irəliləyən güləşçimiz Tatyana Omelçenko (60 kq) qızıl medal uğrunda görüşdə Ukrayna təmsilçisi Oksana Herhelə uduzaraq gümüş medalla kifayətlənib.

18:05

Azərbaycan millisi “Qızıl Qran-pri” beynəlxalq turnirində daha bir medal qazanıb.

Yarışda 50 kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşdə xalça üzərinə iki Azərbaycan güləşçisi çıxıb. Şəbnəm Əhmədovanı məğlub edən Alyona Kolesnik fəxri kürsüdə yer alıb.

17:35

Yarışda 53 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Anjela Doroqan bürünc medal uğrunda görüşdə kanadalı Samanta Stevartı məğlub edərək turniri üçüncü pillədə başa vurub. 

 

15:40

Bakı, 25 noyabr, AZƏRTAC 

Qadın güləşçilərimizin bu gün 1 qızıl və 4 bürünc medal qazanmaq şansı var. Qızıl medal uğrunda Azərbaycan təmsilçisi Tatyana Omelçenko (60 kq) Ukrayna güləşçisi Oksana Herhelə qarşı mübarizə aparacaq. 

Yarışda 50 kiloqram çəki dərəcəsində bürünc medal görüşündə xalça üzərinə iki Azərbaycan güləşçisi çıxacaq. Bu çəkidə Şəbnəm Əhmədova Alyona Kolesnikə qarşı döyüşəcək.

Digər bürünc mükafatlar uğrunda görüşlərdə Elis Manolova (69 kq) qazaxıstanlı Elmira Sizdikova, Anjela Doroqan (53 kq) kanadalı Samanta Stevart, Elmira Qəmbərova (63 kq) isə Yaponiya təmsilçisi Ayana Gempei ilə üz-üzə gələcəklər.

11:24

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir.

Proqrama əsasən, yarışın ikinci günüdə qadın güləşçilər mübarizəyə qoşulublar.

Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 12 qadın güləşçimiz birincilik uğrunda mübarizə aparır. Yarışda ölkəmizi Patimat Baqomedova, Şəfəq Muradzadə, Sona Tumarxanova (hər üçü 48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Alyona Kolesnik, Solmaz Həşimzadə (hər ikisi 55 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edirlər.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.