Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gülüstan türbəsi bərpa olunub

Naxçıvan, 30 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: Hər bir xalqın memarlıq sənəti özündə o xalqın həyat tərzini, sənətkarlıq xüsusiyyətlərini, adət-ənənələrini, inanc və dəyərlərini yaşadır. Xalqımızın milli dəyərlərini əks etdirən Azərbaycan memarlıq məktəbi də bu ənənələri yaşatmaqla uzun bir dövr ərzində formalaşmışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan memarlıq sənətinin qədim və zəngin ənənələri vardır. Memarlarımızın yaratdığı daş salnamələr - şəhərlər, körpülər, abidələr xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, dünya mədəniyyəti tarixinin parlaq səhifələrini təşkil edir”.

Qeyd olunub ki, Naxçıvanda da memarlıq sənəti özünəməxsus inkişaf yolu keçib. Burada formalaşan memarlıq sənəti on ikinci əsrdə özünün inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan memarlıq məktəbinin formalaşmasında bu dövrdə yaşayıb-yaradan Əcəmi Əbubəkir oğlu Naxçıvani mühüm rol oynayıb. Bu gün də Əcəmi Naxçıvani sənəti memarlıq sahəsində mühüm bir istiqamət və məktəb kimi qəbul olunur. Onun yaratdığı Yusif Küseyir oğlu və Möminə xatın türbələri xatirə memarlığının ən uğurlu nümunələridir. Açılışına toplaşdığımız Gülüstan türbəsi də on ikinci əsr Azərbaycan xatirə memarlığının dəyərli və dünya əhəmiyyətli abidəsi olmaqla Əcəmi memarlıq məktəbinin yadigarıdır.

Ali Məclisin Sədri deyib: Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilmiş, abidənin orijinallığı qorunub saxlanmışdır. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilmişdir. Aid təşkilatlar türbənin qorunaraq gələcək nəsillərə çatdırılması qayğısına qalmalı, “Gülüstan türbəsi” tədqiqat qrupu başlanan işləri davam etdirməlidir. Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən digər tarixi abidələrin də tədqiqi, onlar haqqında tarixi materialların əldə olunması üçün səylərini artırmalı, birgə tədbirlər planı hazırlamalıdırlar.

“Abidələrimiz təkcə tarixilik baxımından tədqiq olunmamalı, həm də müasir memarlıq sənətinin inkişafı baxımından öyrənilməlidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi və Memarlar Birliyi Naxçıvan memarlıq ənənələrini dərindən öyrənməli, abadlaşdırma və quruculuq işlərində bu məktəbin ən yaxşı nümunələrinin davam etdirilməsinə, onların tarixiliklə müasirliyin vəhdəti halında tətbiqinə üstünlük verməlidirlər. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri tələbə və şagirdlərin Gülüstan türbəsinə ekskursiyasını təşkil etməlidirlər. Naxçıvan Dövlət Universiteti Memarlıq ixtisası üzrə kadr hazırlığında Naxçıvan memarlıq məktəbi ənənələrinin tədrisinə geniş yer ayırmalı, təcrübi dərslərin tarixi abidələrdə, eləcə də Gülüstan türbəsində keçirilməsini təmin etməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu “Gülüstan türbəsi” kitabını hazırlamalı, tarixi abidələrlə bağlı maarifləndirmə işini gücləndirməlidir.

Ali Məclisin Sədri Gülüstan türbəsinin bərpasında əməyi olanların hamısına təşəkkür edib və türbənin açılışı münasibətilə təbriklərini çatdırıb.

“Gülüstan türbəsi” tədqiqat qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında təbii qüvvələrin təsirindən dağıntılara və aşınmalara məruz qalmış tarixi abidələrdən 60-dan çoxu bərpa və təmir olunaraq xalqa qaytarılıb. Gülüstan türbəsi də uzun müddət baxımsız qalaraq unudulub, buna görə də təbii qüvvələrin təsirindən güclü aşınmalara məruz qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı bu möhtəşəm abidənin bərpası və tədqiqi üçün geniş imkanlar yaratdı. Sərəncama əsasən yaradılan “Gülüstan türbəsi” tədqiqat qrupu türbənin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb. Tədqiqat qrupu türbənin tarixi, memarlıq formaları, ətraf ərazinin arxeologiyası, etnoqrafiyası, tarix və memarlıq abidələri haqqında məlumatlar toplayıb, onlar əsasında türbə və ətraf ərazilərlə əlaqədar konkret elmi nəticəyə gəlib. Azərbaycanın qülləvari türbələri sırasına daxil olan və özünəməxsus xüsusiyyətləri ilə seçilən türbə XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, XVII əsr türk səyyahı Övliya Çələbinin “Səyahətnaməsi”ndə “Kəsik günbəz”, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində isə “tənha bürc” kimi xatırlanır. Fəxrəddin Səfərli tariximizin hərtərəfli araşdırılmasına və zənginləşdirilməsinə, ərazidəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğıya görə elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Universitetinin “Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova deyib ki, Naxçıvan qədim tarixi ilə yanaşı, burada yaşayan insanların yaratdıqları memarlıq abidələrilə də zəngindir. Bu torpaqda Əcəmi Əbubəkir oğlu Naxçıvani, Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani, Xacə Cəmaləddin və başqaları kimi görkəmli memarlar yetişib. Onların yaratdığı memarlıq əsərləri müasir dövrdə də öz əhəmiyyətini itirməyib. Belə abidələrdə biri də XII əsrə aid olan Gülüstan türbəsidir. Türbədə Naxçıvan memarlıq məktəbinin üslub və kompozisiya xüsusiyyətləri aydın görünür. Bu gün muxtar respublikada tarixi memarlıq abidələrinin bərpası ilə yanaşı, Naxçıvan şəhəri və rayonlarında müasir dövr memarlığının inkişafına da çox önəm verilir, keçmişlə müasir memarlıq arasında sintez yaradılır. Muxtar respublikada gənc memarların hazırlanmasına da diqqət yetirilir, Naxçıvan Dövlət Universitetində “Memarlıq” ixtisası üzrə kadrlar hazırlanır, “Naxçıvan memarlığı” dərsi tədris olunur.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Gülüstan türbəsinə baxıblar.

Məlumat verilib ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabası kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb.

Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların daha dərindən aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün olduğu kimi, gələcəkdə də dəyərini qoruyub saxlayacaqdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Ali Məclisin Sədri deyib ki, gələcək keçmişin üzərində qurulmalıdır. Keçmiş isə tarixi abidələrdə yaşayır. Naxçıvanda vaxtilə əcdadlarımız tərəfindən möhtəşəm abidələr yaradılıb. Bu abidələr xalqımızın daşlarda yaşayan tarixi və pasportudur. Bu mənada hər bir abidənin tədqiqi və bərpası tarixin bir dövrünün və xalqımızın qədim həyat tərzinin öyrənilməsi, üzə çıxarılması deməkdir. Ona görə də tarixi abidələrin tədqiqi sahəsində işlər bundan sonra da davam etdirilməli, elmi məqalələr, kitablar yazılmalı, rəssamlar, şair və yazıçılar öz əsərlərində tarixi abidələrə müraciət etməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev qədim tariximizin yaşadılması və zəngin mədəni irsimizin qorunub saxlanılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika ziyalıları adından minnətdarlıq ediblər.

Ali Məclisin Sədri tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirib.

Abidənin ətrafında da abadlıq işləri aparılıb, işçilər üçün inzibati bina tikilib, yaşıllıqlar salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır