DÜNYA


Gümrü yaxınlığında beş bal gücündə zəlzələ olub

Bakı, 4 iyul, AZƏRTAC

Bu gün səhər saatlarında Ermənistanın şimal-qərbində, Gümrü şəhəri yaxınlığında beş bal gücündə zəlzələ baş verib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Gümrüdə və ətrafdakı digər yaşayış məntəqələrində yeraltı təkanlar 3-4 bal gücündə hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, təxminən 30 il əvvəl, 1988-ci ilin dekabrında bu yaşayış məntəqələri dağıdıcı zəlzələnin təsirinə məruz qalmışdı. O vaxt 7 ballıq zəlzələ 30 saniyə ərzində Spitak şəhərini məhv etmiş, indiki Gümrü, Vanadzor və Stepanavan şəhərlərini dağıtmışdı. Zəlzələ nəticəsində ümumilikdə 25 min nəfər ölmüş, 140 min nəfər əlil olmuş, 514 minədək insan evsiz qalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.