CƏMİYYƏT
Gün ərzində 69 cinayət faktı qeydə alınıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 69 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla 1 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 30 nəfər tutulub.