CƏMİYYƏT


Gün ərzində Cocuq Mərcanlı kəndində 14,4 min kvadratmetr ərazi yoxlanılıb

A+ A

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində iki evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 14,4 min kvadratmetr ərazi (3 min kvadratmetr əl ilə, 11,4 min kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 13 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 19 evə baxış olub. Baxış zamanı 5 partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 85 min 466 kvadratmetr (35 min 866 kvadratmetr əl ilə və 49 min 600 kvadratmetr mexaniki üsulla) təşkil edib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən fevralın 15-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 22 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. 1521 partlamamış hərbi sursat, 34 tank əleyhinə və 2 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 114 min 460 kvadratmetr ərazi (64 min 860 kvadratmetr əl ilə və 49 min 600 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.