SİYASƏT


Gün ərzində seçici fəallığı müşahidə edilib

A+ A

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-i Rusiyada vahid seçkilər günüdür. Ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının - Dövlət Dumasının deputatlarını seçirlər. Bu seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının əməkdaşları Rusiyanın paytaxtımızdakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə edirlər.

Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səsvermə günü gün ərzində seçici fəallığı müşahidə edilib, müşahidəçilər tərəfindən seçkilərin nəticələrinə təsir edəcək hər-hansı qanun pozuntusuna rast gəlinməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.