Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Günay Əfəndiyeva: Əsas hədəfimiz türk dünyasının sahib olduğu mədəni irsi yenidən ona qaytarmaqdır

Günay Əfəndiyeva: Əsas hədəfimiz türk dünyasının sahib olduğu mədəni irsi yenidən ona qaytarmaqdır

Bakı, 25 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yeni beynəlxalq təşkilat - Türk Mədəniyyəti və İrsi Fondu təsis olunub. Bu il sentyabrın 10-11-də Qazaxıstanın Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Günay Əfəndiyevanın namizədliyi təklif edilib və o, türkdilli dövlətlərin başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti təyin edilib.

AZƏRTAC Günay Əfəndiyevanın bu vəzifədə ilk müsahibəsini təqdim edir.

- Günay xanım, sizi yeni vəzifəyə təyin edilməyiniz münasibətilə təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. İstərdik ki, müsahibəmizə də elə bu məqamdan başlayaq. Astanadan...

- Çox sağ olun. Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı Astanada bir sıra önəmli sənədlər qəbul olundu. Fürsətdən istifadə edərək Prezident İlham Əliyevə mənə göstərdiyi yüksək etimada, bu şərəfli və bir o qədər də məsuliyyətli işi mənə həvalə etdiyinə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda, qardaş ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan respublikalarının rəhbərlərinə təşəkkür edirəm. İnanıram ki, təsisçilərin Fondla bağlı ümidləri, arzu və istəkləri tezliklə öz bəhrəsini verəcək. Mən türk mədəniyyəti və irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm.

- Türk Mədəniyyəti və İrsi Fondunun qurulması hansı zərurətdən irəli gəldi?

- Bilirsiniz, qloballaşan dünyamızda hadisələr çox sürətlə cərəyan edir. Hər gün dünya xəbərlərində yeni-yeni hadisələr barədə eşidirik. Çox təəssüflər olsun ki, bu xəbərlərin çoxu müsbət deyil. Dünyada aclıq, yoxsulluq kimi böyük problemlər mövcuddur, terror hadisələri, müharibələr, təcavüzlər, iqtisadi böhranlar baş verir. Bu proseslər mədəniyyətə birbaşa təsir göstərir. Bəşəriyyətin min illərdir qurub yaratdığı tarixi, maddi-mədəni abidələr məhv edilir, həmçinin qeyri-maddi mədəni irs nümunələri zaman keçdikcə unudulur, yaxud mənimsənilir. Bu çətinlikləri aradan qaldırmaq, əslində, bəşəriyyət üçün zəruri bir ehtiyacdır, cəmiyyətin tələbidir. Digər tərəfdən, türkdilli ölkələr arasında son onilliklərdə yaranan və inkişaf edən strateji münasibətlər də qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün münbit zəmin yaradır. Belə ki, TDƏŞ, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası kimi beynəlxalq təşkilat və birliklər yaradılıb. Eyni zamanda, yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Qırğızıstanda yaradılması nəzərdə tutulan Köçəri Sivilizasiya Mərkəzi də digər türkdilli təşkilatlarla birgə mənəvi türk birliyinin formalaşmasına xidmət edir.

Bu gün türkdilli ölkələr bütün sahələrdə, o cümlədən, təhsil, elm, mədəniyyət, iqtisadiyyat, sosial və digər sahələrdə geniş əməkdaşlıq edir, beynəlxalq təşkilatlar ətrafında birləşirlər. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, bizim zəngin ortaq tariximiz, dinimiz, dilimiz, adət-ənənələrimiz və mənəvi dəyərlərimiz var. Bu amillərin hər biri bir bütövün parçalarıdır. Yəni, belə demək olarsa, türkdilli ölkələr eyni kökdən su içmiş bir ağacın budaqlarıdır. Bu kökə nə qədər bağlı olsaq sağlam bir ağac kimi hər zaman dik duraraq zamanın sınaqlarından keçə bilərik. Türk xalqlarının, dediyim kimi, qədim və zəngin keçmişi var. Əsas məsələ, bu keçmişə, bu zənginliyə sahib çıxmaq, onu qoruyub gələcək nəsillərə ötürməkdir. Bizim məqsədimiz də budur.

- Fondun əsas prioritetləri nədən ibarətdir?

- Əlbəttə, beynəlxalq aləmdə ikili standartların hökm sürdüyü bir zamanda əsas prioritetlər türk xalqlarının mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, bu irsin öyrənilməsi, araşdırılması, türk dünyasında və bütün dünyada tanıdılması olacaq. İlk növbədə, üzv ölkələrin sahələr üzrə müvafiq nazirlikləri, mədəni və elmi mərkəzləri ilə sıx əlaqələr qurulacaq. Ölkələr üzrə Fondun fəaliyyət sahələrinə görə ayrı-ayrılıqda prioritet istiqamətlər tərtib ediləcək. Məsələn, dağılmış, təhlükə altında qalan, unudulmaqda olan maddi və qeyri-maddi mədəni irs nümunələri ölkələr üzrə sistemləşdirilməlidir. Həlli daha vacib olan problemlər ortaya qoyulmalı, müvafiq tədbirlər görülməlidir.

Bu, beynəlxalq təşkilatların təcrübəsində, məsələn, UNESCO-da da belədir. Əsas diqqət çəkən problemlərdən biri məhv olma təhlükəsi ilə üz-üzə qalmış irs nümunələrinə yönəldilir. Gördüyünüz kimi, dünyada son illərdə lokal müharibələr və xüsusən də, terror hadisələri artmaqdadır. Baxın, son vaxtlar Əfqanıstanda, Suriyada, İraqda, Türkiyədə, Fransada nələr baş verir: insanlar öldürülür, qaçqın və köçkün vəziyyətinə salınır, miqrasiya problemləri artır, mədəni irs nümunələri dağıdılır... O cümlədən, Ermənistanın təcavüzü nəticəsində Qarabağda və ətraf ərazilərimizdə minlərlə mədəni irs nümunəsi məhv edilir, baxımsız halda qalaraq dağılmağa məhkum olunur. Bu hadisələrin ümumi mahiyyəti eynidir, lakin hadisələrə yanaşma tərzində çox vaxt ikili standartların şahidi oluruq. Bu yaxınlarda Parisdə dəhşətli terror hadisəsi baş verdi və günahsız insanlar bu terrorun qurbanı oldu. Şübhəsiz ki, Parisdəki terror böyük faciədir. Bütün Qərb dərhal hərəkətə gələrək, necə deyərlər, yumruğunu mizə çırpdı və düz də etdi, belə də lazımdır. Ancaq erməni terroru və təcavüzü nəticəsində həlak olan yüzlərlə, hətta minlərlə Azərbaycan vətəndaşı nə üçün elə həmin yumruq sahibləri tərəfindən faktiki olaraq biganəliklə qarşılanır? Həmin təcavüz nəticəsində məhv olmaqda olan Azərbaycan mədəni irs nümunələri nə üçün onların diqqətindən kənarda qalır? Və ya Türkiyədə, demək olar, hər gün terror hadisələri baş verir. Bu faciələrin qarşısının alınmasında Qərb dünyası nə üçün heç bir təşəbbüslə çıxış etmir? Avropa dövlətləri miqrasiya problemini ən kritik məsələlərdən biri kimi ictimaiyyətə təqdim edir, miqrantlarla bağlı dünyanı ayağa qaldırır. Ancaq iyirmi ildən artıqdır qaçqın və məcburi köçkün problemləri ilə üz-üzə qalan Azərbaycanın bu problemlərinə nə üçün etinasız yanaşılır?

Digər tərəfdən, qeyd etmək istərdim ki, əgər qeyri-maddi mədəni irs nümunələri də yaşadılmırsa yavaş-yavaş unudula bilər. Onları da qorumaq lazımdır: türk xalqlarının həyatını əks etdirən qədim adət-ənənələr, folklorumuz, yazılı abidələrimiz, musiqimiz, kulinariyamız və s. Bu baxımdan, Heydər Əliyev Fondu və Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti gözəl bir nümunədir.

Sevindirici haldır ki, türkdilli ölkələrin birgə sahib çıxdığı və artıq unudulması mümkün olmayan irs nümunələrimiz də var. Məsələn, götürək Novruz bayramını. Novruz artıq bütün dünyada qəbul edilən, böyük şənliklərlə qeyd olunan bir bayram kimi, eyni zamanda, türk xalqlarını birləşdirən, eyni hissləri keçirməyi, eyni duyğuları yaşamağı təşviq edən bir mərasimə çevrilib. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas”, “Alpamış” və başqa dastanlar da türk xalqlarının yaratdığı və yaşatdığı böyük mənəvi abidələrdir. Bu əsərlər bizim milli mənəvi dəyərlərimizi əks etdirir, eyni zamanda, bizi birliyə, əbədi dostluğa və həmrəyliyə səsləyir.

Türk Mədəniyyəti və İrsi Fondu yeni təşəbbüs və layihələrə açıq olacaq. Türk mədəniyyətini və irsini yaşatmaq istəyən, onu araşdıran, öyrənən insanlarla əməkdaşlıq, əminəm ki, Fondun fəaliyyətini daha da səmərəli edəcək. İnanıram ki, neçə-neçə araşdırılmamış, tədqiq edilməmiş mədəni irs nümunələrimiz üzə çıxacaq, neçə-neçə türkoloq alimlər yetişəcək. Bundan isə yalnız bütün türk dünyası deyil, əslində bütün bəşəriyyət xeyir götürəcək.

Biz türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək nəsillərə miras qoyaraq “özümüzə” qaytarmalıyıq. Yəni türk xalqlarının sahib olduğu mədəni irsi yenidən ona qaytarmaq bizim böyük hədəfimizdir. Gəlin etiraf edək ki, biz türk xalqları olaraq bir-birimizi hələ o qədər də yaxşı tanımırıq.

- Dediyiniz kimi, hazırda müxtəlif türkdilli təşkilatlar fəaliyyət göstərir. Maraqlıdır, Türk Mədəniyyəti və İrsi Fondunun bu qurumlarla əməkdaşlıq prinsipləri nədən ibarət olacaq?

- Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsində də göstərildiyi kimi, Fond fəaliyyətini həm də bu təşkilatlarla əməkdaşlıq çərçivəsində quracaq. Çünki bütün bu təşkilatlar eyni məqsədə xidmət edir: türkdilli ölkələrin tərəqqisinə. Sadəcə olaraq, fəaliyyət istiqamətlərində müəyyən fərqlər var. İkitərəfli və çoxtərəfli əməkdaşlıq yolu ilə birgə layihələrin həyata keçirilməsi, hesab edirəm, daha səmərəli nəticələr verəcək. Məsələn, Fondun fəaliyyət istiqamətlərindən biri də türkologiya sahəsində kadr hazırlığının həyata keçirilməsidir ki, bu istiqamətdə Beynəlxalq Türk Akademiyası ilə işbirliyi səmərəli nəticələr verə bilər. Birgə əməkdaşlıq çərçivəsində, həmçinin “Türk Konsepsiyası”nın hazırlanması və ümumiyyətlə, türk tarixinin geniş və elmi şəkildə araşdırılması, bu sahədə indiyədək əldə edilmiş nailiyyətləri müxtəlif dillərə tərcümə etdirərək onların dünya miqyasında təbliğ olunması da nəzərdə tutulub. Eyni zamanda, mədəniyyət sahəsində müsabiqə və konfransların təşkili TÜRKSOY-la birgə həyata keçirilə bilər.

Onu da qeyd etmək istərdim ki, Fond öz fəaliyyətində sadəcə TDƏŞ çərçivəsindəki təşkilatlarla deyil, həmçinin UNESCO, ISESCO kimi təşkilatlarla əməkdaşlığa da geniş yer verəcək. Türkdilli ölkələrin UNESCO üzrə Milli komissiyaları ilə əməkdaşlıq da prioritet istiqamətlər arasındadır. Bu, təcrübədə də müsbət nəticələr verib. Belə ki, daha öncə TÜRKSOY çərçivəsində təşkilata üzv olan dövlətlərin UNESCO üzrə Milli Komissiya və komitələrinin 5 görüşü olub. O cümlədən sonuncu belə görüş ötən il Bakıda keçirilib. Bu, əslində, Milli komissiyaların mədəniyyət sahəsində əməkdaşlığı üçün gözəl bir imkan idi. Biz isə bu əməkdaşlığı birgə layihələrin həyata keçirilməsi ilə daha da irəli aparmaq niyyətindəyik.

- Adıçəkilən qurumların hər biri türkdilli ölkələrin müxtəlif şəhərlərində - Ankara, İstanbul və Astanada fəaliyyət göstərir. Türk Mədəniyyəti və İrsi Fondunun məhz Azərbaycanda yerləşməsi türk dünyasına nə verəcək?

-Çox doğru qeyd etdiniz ki, hər bir türkdilli təşkilatın qərargahı bir üzv ölkədə yerləşir. Əslində, bunun özü də bir simvolik məna daşıyır. Yəni, bir ağacın budaqları kimi hər bir ölkə özündə müxtəlif istiqamətləri birləşdirməklə ümumilikdə bir bütövü təşkil edir. Bu bütöv isə mənəvi türk birliyidir. Birliyin hər bir hissəsi, bu mənada, vacib əhəmiyyətə malikdir.

Biz elə bir zəmanədə yaşayırıq ki, kimisə nə iləsə təəccübləndirmək çox çətindir. Amma Azərbaycan bunu edə bildi, öz inkişafı ilə. Heç kəs gözləmirdi ki, qısa bir müddət ərzində kiçik bir ölkə - özü də təcavüzə məruz qalmış, müharibə şəraitində olan bir ölkə - belə bir inkişafa nail ola biləcək. Niyə? Çünki bu inkişafın əsasında dərindən düşünülmüş düzgün dövlət siyasəti dayanır. Baxın, görün dünyada nələr baş verir. Yadınızdadırsa, bu il “Şarli Ebdo” jurnalının redaksiyasında baş verən məlum hadisələr nəticəsində dünyada sarsıntılar yaşandı. Əlbəttə, terror qətiyyən qəbuledilməzdir. Terror həqiqi bir dəhşət və faciədir. Lakin, eyni zamanda, insanların hissləri ilə, onlar üçün müqəddəs olan amillər ilə oynamaq, onları təhqir etmək də olmaz. Bir problem zamanında çözülmürsə, digərini doğurur və bu, artıq cəmiyyət üçün çox ciddi problemə çevrilir. İnsanların dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, onlar birgə dinc, qarşılıqlı etibar və hörmət şəraitində yaşamalıdırlar. Bu baxımdan da Azərbaycan bir nümunədir. Bütün bunların qədrini bilmək, bunları qoruyub saxlamaq lazımdır. İnsanlar yaxşı şeylərə tez alışır. Amma hər bir xoşbəxtlik bir dəqiqə içində dağıla bilər. Hər bir dünya - istər qlobal, istərsə də insanın daxili dünyası çox incədir, həssasdır. Onu yox etmək çox asandır. Ona görə, hər birimiz dəyərlərimizə sahib çıxıb onları qorumalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır