Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Günay Əfəndiyeva: Türk dünyası, onun mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçasıdır VİDEO

Bakı, 6 may, AZƏRTAC 

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəni, dini, sosial, siyasi və digər sahələr üzrə əməkdaşlığın təşviq edilməsindən, mədəniyyətlərin bir-birinə daha da yaxınlaşdırılmasından ibarətdir. Xüsusilə dünyanın müxtəlif münaqişələr, terrorizm, islamofobiya ilə üzləşdiyi bir zamanda Forumun keçirilməsinin əhəmiyyəti çox böyükdür. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə irəli sürülən və o vaxtdan etibarən səmərəli şəkildə davam etdirilən “Bakı prosesi” təşəbbüsü müasir qlobal çağırışlara cavab vermək üçün uğurlu bir mexanizmə çevrilib. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, dövlət xadimlərini, hökumət nümayəndələrini, siyasətçiləri, alim və mütəxəssisləri, mədəniyyət və incəsənət adamlarını bir araya gətirərək müxtəlif mövzular üzrə fikir mübadiləsi vasitəsilə mədəniyyətlərarası dialoq mühitində bir körpü rolunu oynamaqdadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 6-da “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" mövzusunda keçirilən “dəyirmi masa”da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səsləndirib. O qeyd edib ki, “dəyirmi masa”nın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilməsi təsadüfi deyil, çünki türk dünyası, onun mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçasıdır. Türkdilli xalqlar dünya tarixi və mədəniyyətində əhəmiyyətli rol oynayıblar. Türkdilli dövlətlər və xalqlar ümumi tarixi köklər, ortaq zəngin irs, dil, incəsənət, ədəbiyyat, adət-ənənələr, milli-mənəvi dəyərlər ilə bir-birinə zəncirvari şəkildə bağlıdır. Bu xalqlar geniş coğrafiyada yayılmaqla əksəriyyəti İslam, bir qismi isə digər dinlərə sitayiş edirlər və bu müxtəliflik, əslində, türk dünyasının mənsub olduğu mədəni zənginlikdən xəbər verir. Ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazıçıları və şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar. Bu baxımdan, Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Məhtumqulu, Abay Kunanbayev, Çingiz Aytmatov kimi türk dahilərinin əsərləri dünya inciləri sırasındadır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanları bütün türk dünyasının sərvətidir. 2000-ci ildə türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin təntənəli şəkildə qeyd olunması tarixdə mühüm bir hadisə kimi iz qoyub.

G.Əfəndiyeva bildirib ki, türk dünyasının digər ortaq sərvətlərindən biri də ənənəvi İpək Yoludur. Türkdilli xalqlar Böyük İpək Yolunun formalaşmasında və fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayıblar. Eyni zamanda, üzərindən keçən ticarət karvanları vasitəsilə İpək Yolu bu xalqların iqtisadi, ticari və mədəni cəhətdən yaxınlaşmasına, mədəniyyət və incəsənət nümunələrinin bir-birinə tanıdılmasına və ənənələrinin ötürülməsinə, türk dünyasının mədəni-irsinin zənginləşməsinə dərin təsir göstərib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verən G.Əfəndiyeva qeyd edib ki, Fondun “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində türkdilli xalqlara məxsus ortaq qadın əl sənətləri, o cümlədən xalçaçılıq, toxuculuq, ipəkçilik geniş şəkildə tədqiq olunub. İlkin mərhələdə Azərbaycanda və Türkiyədə yaşayan qadınların həyat tərzi və fəaliyyəti araşdırıb. Layihənin Qazaxıstan və Qırğızıstanda da davam etdirilməsi planlaşdırılır. Bu layihənin hər bir türkdilli ölkədə həyata keçirilməsi özünəməxsus yerli cəhətlərin, milli xüsusiyyət və dəyərlərin ortaya çıxarılmasına imkan verir və bu baxımdan, mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, türkdilli xalqların ortaq əlifbası, ortaq ədəbi dili, ortaq terminologiyasının formalaşdırılması öz aktuallığını saxlayır. Fond gələcək fəaliyyətində müxtəlif ölkələrdə türkologiya sahəsində kadr hazırlığının həyata keçirilməsində aktiv rol oynamaq və o ölkələrin universitetlərində fərqlənən tələbələrə təqaüdlərin ayrılmasını nəzərdə tutur. Təşkilat dünyanın ayrı-ayrı ölkələrində türk dünyasına məxsus ədəbiyyatın, incəsənətin və mədəniyyətin təbliği məqsədilə müxtəlif nəşrlərin çap olunması, tədbirlərin, konfransların, sərgilərin, proqramların, tamaşaların təşkil edilməsini də planlaşdırır. Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli şair və dramaturqu, əsərlərində hər zaman türk xalqlarının birliyini dəstəkləyən Hüseyn Cavidin “İblis” əsərinin İstanbul şəhərində tamaşaya qoyulmasına dair razılığın əldə edilməsini və artıq məşqlərin başlamasını buna misal göstərmək olar.

Qeyd olunub ki, Fondun digər fəaliyyət istiqamətlərindən biri məhv edilmiş və mənimsənilmiş mədəni irsin mühafizəsi ilə əlaqədardır. Fondun dəstəyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya çatdırılması məqsədilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab nəşrə hazırlanır.

“Dəyirmi masa”da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Dusen Kaseinov və TürkPA-nın baş katibi Jandos Hasanovun türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığının təşviq edilməsi, sülh və təhlükəsizlik, davamlı inkişaf, mədəni irsin qorunması ilə bağlı çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, türkdilli xalqların tarixi-mədəni irsi birgə səylərlə qorunmalı, türkdilli dövlətlərin mədəni sahədə əməkdaşlığı gücləndirilməli, türk dünyasının mədəniyyətlərarası dialoqa verdiyi töhfələr daha da artırılmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, türk xalqlarının mədəniyyətinin ortaq cəhətlərindən biri onların tarixən Böyük İpək Yolu gerçəkliyi ilə sıx şəkildə bağlı olmasıdır. Nəhəng türk imperiyaları məhz İpək Yolunun böyük bir hissəsinə nəzarət etdiyi dövrlərdə cahanşümul mahiyyət qazanıblar.

“Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun müstəsna yeri və rolu var. Bu baxımdan, İpək Yolu hamımızın ortaq mədəni mirasımızdır. Bu mirasın öyrənilməsi yeni nəsillərə çatdırılması müştərək işimiz və vəzifəmizdir. TÜRKSOY öz fəaliyyətində İpək Yolu məsələsinə diqqət yetirir. Ancaq bu sahədə potensial çox genişdir. Digər beynəlxalq təşkilatların da bu məsələyə diqqət yetirməsi vacibdir”, - deyə Ş.Mustafayev vurğulayıb.

“Dəyirmi masa”da Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın “Mədəniyyətlərarası dialoq milli-etnik identikliyin formalaşması prosesi kimi” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, hazırkı qloballaşma dövründə, dünyanın müxtəlif qarşıdurmalar, münaqişələr, iqtisadi və siyasi böhranlarla üzləşdiyi bir zamanda milli dəyərlərin qorunması çox çətindir. Yalnız mədəniyyətlərarası dialoq milli dəyərlərimizi qoruyub saxlamağa imkan verir. Türkdilli xalqları ortaq adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlər birləşdirir. Bununla belə, mədəniyyətlərarası dialoq mədəni özünəməxsusluğu qorumaq və yeni dəyərləri formalaşdırmaq üçün zəmin yaradır.

Tədbirə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, UNESCO-nun eksperti Nizami Məmmədovun “Türk dünyasının mədəniyyəti: birlik və müxtəliflik” mövzusunda məruzəsi ilə yekun vurulub.

Günay Əfəndiyeva: Türk dünyası, onun mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçasıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO