MƏDƏNİYYƏT


“Günay” teatr studiyası beynəlxalq teatr festivalından qayıdıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası Estoniyada keçirilən beynəlxalq teatr festivalından dönüb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, “Günay” teatr-studiyası Anarın “Dədə Qorqud” əsəri əsasında “Üç od” tamaşasını təqdim edib. Tamaşanın ssenari müəllifi və rejissoru “Günay” studiyasının bədii rəhbəri Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır. Rolları Gülarə İsmayılova, Leyla Mürşüdova, Lala Rzayeva, Vita Ştofenmafer, Sabina Rzayeva, Gülər Aslanova və İqor Ştofenmafer ifa ediblər.

“Xoşbəxt ailə”- həqiqətdir yoxsa mif” adlanan layihə Avropa birliyinin proqramı əsasında tələbə və müəllimlərin mübadiləsi ilə Tallin şəhərində gənclərin yaradıcılıq düşərgəsi olan Tammispeada keçirilib. Layihəyə Estoniya, Litva, Rusiya və Azərbaycandan iştirakçılar qatılıb. Layihənin rəhbəri “Uçan inək” uşaq və gənclərin teatr studiyasının bədii rəhbəri Yanika Koppeldir. Ailə dəyərlərinin təşviqinə yönəlmiş layihə əsnasında uşaqlar ailə ənənələri və digər xalqların tarixi kökləri ilə tanış olublar.

Festivala qatılan bütün iştirakçılara layihənin gənclik proqramları pasportları – “youthpass” verilib. Bu sənədlə, ali təhsil müəssisələrinə qəbul üçün güzəştlər verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.