MƏDƏNİYYƏT


“Günay” teatr studiyası mövsümünə yekun vurub

Bakı, 3 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyası mövsümün bağlanışı münasibətilə tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan iki günlük tədbirin ilk günü Qrim qardaşlarının nağılı əsasında Larisa Tarusovanın quruluşunda “Ağca və yeddi cırtdan” tamaşası nümayiş olunub. İkinci gün isə studiyanın repertuarından maraqlı nömrələrlə şou proqram keçirilib.

Tədbirin rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.

Tədbirin sonunda Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan tərəfindən studiyanın üzvlərinə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.