ELM VƏ TƏHSİL


Gündüz ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Bakı, 4 avqust, AZƏRTAC 

Təhsil naziri Mikayıl Cabbarov gündüz ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrin imzalanmasında məqsəd gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir. Əmrə əsasən, tədrisin Azərbaycan və rus dillərində aparıldığı gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilib.

Tədris planına əsasən, gündüz ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qruplar doqquz nəfərdən az olmamaqla komplektləşdirilir. Qiyabi qruplarda dərslər məktəbin direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə həftədə üç gün tədris edilir. Qiyabi qruplarda təhsil alanlar üçün tədris dilindən asılı olaraq, Azərbaycan dili (rus dili), riyaziyyat, fizika, kimya fənlərindən məktəb direktorunun təsdiqlədiyi cədvəl üzrə fərdi məsləhət məşğələləri təşkil edilir. Hər fənn üzrə fərdi məsləhət məşğələsinə həftədə 0,5 akademik saat ayrılır. Tədris olunan fənlər üzrə proqram materiallarının mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə qiyabi qruplardakı təhsilalanların hər birindən şifahi formada zaçot qəbul edilir. Zaçotların qəbulu dərs ili ərzində müəyyən edilmiş günlərdə aparılır. Yarımillik və illik qiymətlər zaçotların nəticələrinə görə müəyyən olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.