ELM VƏ TƏHSİL


Günəş radiasiya modeli və onun tətbiqi ilə bağlı müzakirələr aparılıb

Bakı, 15 dekabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” mövzusunda elmi seminarın növbəti iclası keçirilib. Tədbirdə enerji təhlükəsizliyi, günəş və geotermal enerji istifadəsinin təsirliyi üzrə aparıcı mütəxəssislər, elmi işçilər, ekspertlər iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilinin əsas məqsədi müasir biliklərin yayılması və bərpaolunan enerji mənbələri sahəsində çalışan mütəxəssislər arasında BANM-in bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin sıx əməkdaşlığı ilə məlumat mübadiləsinin təmin edilməsidır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Rauf Qardaşovun “Günəş radiasiya modeli və onun tətbiqi” mövzusunda məruzəsi dinlənilib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, mütəmadi keçirilən seminarlarda bərpaolunan enerji mənbələrin istifadəsinin nizamlanması ilə bağlı qanunvericilik, münasib texnologiyalar və bu sahədə dünya təcrübəsi, elmi vəsaitlərin hazırlanması, bərpaolunan enerji mənbələrinin istifadəsi ilə bağlı proqram həllərin yaradılması və digər məsələlərə baxılır. Həmçinin müasir enerjiqoruyan texnologiyaların tətbiqi ilə bağlı problemlərə böyük diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.