ELM VƏ TEXNOLOGİYA


Günəş sistemində yeni planet aşkarlanıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Beynəlxalq alimlər qrupunun məlumatına görə, Günəş sistemində daha bir cırtdan planet aşkarlanıb. Neptun planetindən sonra yerləşən 2015 RR245 işarəli obyekt Günəş sisteminin səkkizinci və ən uzaq planeti hesab edilir.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, www.mir24.tv  saytının məlumatına görə, tədqiqatlar Günəş sisteminin xarici sahəsinin öyrənilməsi üzrə OSSOS (Outer Solar System Origins Survey) layihəsi çərçivəsində aparılıb. Yeni 2015 RR245 işarəli planet çox uzunsov orbitə malikdir. Obyekt Yerdən maksimum 120 a.v. (astronomik vahid) məsafəyədək uzaqlaşır, 34 a.v. məsafəyədək yaxınlaşır. 1 a.v. Yer kürəsi ilə Günəşin arasında olan orta məsafəyə bərabər olduğu üçün bu planetdə bir il Yerin 700 ilindən artıq davam edir.

2015 RR245 işarəli planetin xüsusiyyətlərini araşdırmağa davam edən tədqiqatçıların ilkin hesablamalarına əsasən, obyektin Günəşlə maksimal yaxınlaşması yalnız 2096-cı ildə baş verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.