CƏMİYYƏT


Günəş şüaları altında qaralmağın yolları

Bakı, 19 iyul, AZƏRTAC

Qaralma günəşin ultrabənövşəyi şüası və ya süni işıq mənbələrinin təsiri ilə dəri səthi rənginin tündləşməsi nəticəsində onun üst qatında melanin piqmentinin həddindən artıq əmələ gəlməsi nəticəsində yaranır. Dərinin qaralması ultrabənövşəyi şüaların orqanizmə yaxşı təsir etməsindən xəbər verir. Həmin şüaların təsiri ilə bədəndə əmələ gələn bioloji fəal maddələr və endokrin sistemlərin fəaliyyətini stimulə edir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin infeksiya və digər xəstəliklərə qarşı müqavimətini artırır.

AZƏRTAC xəbər verir ki, qaralma həm də orqanizmin müdafiə reaksiyalarından biridir. Buynuz təbəqənin qalınlaşması və melanin istilik şüalarını udmağı orqanizmi uzundalğalı infraqırmızı şüalardan qoruyur. Həmin dalğaların uzunmüddətli təsiri zamanı dəri qatındakı hüceyrələr məhv olur və yanıq əmələ gəlir, həmçinin bədənin həddindən artıq qızması və günvurma halları baş verir. Lakin günəş təsirinin müsbət nəticələrinə baxmayaraq, uzun müddət onun altında qalmaq təhlükəlidir.

Ultrabənövşəyi şüaların çox qəbul edilməsi ağ dərisi olanlar üçün çox zərərlidir. Yalnız qara və tünd dərisi olanların orqanizmində kifayət qədər melanin ayrılır və orqanizm özünü həmin şüaların zərərli təsirindən qoruya bilir. Günəş şüası altında 10 dəqiqə qalanda günəş dərini bir az qıcıqlandırır və yüngül qızartı əmələ gəlir. Daha uzun müddət qalanda dəri iltihablaşır və şişir. Şüalanma uzananda yanma nəticəsində dəri sulanır və suluqlar əmələ gəlir. Günəş altında çox qalmağın zərəri ondan ibarətdir ki, dəri özünə qoruma funksiyasını yerinə yetirə bilmir. Ağır yanıqlar zamanı termorequlyasiya prosesi pozulur.

Günəş vannaları sızanaqlardan əziyyət çəkənlər üçün faydalıdır. Ultrabənövşəyi şüalarla aparılan müalicələr zamanı piy vəzilərinin təmizlənmə üsullarından biri də dərinin üst qatının soyulmasıdır. Soyulma zamanı dərinin ölmüş hüceyrələri ilə birgə piy vəzilərinin ağzını bağlayan hissəciklər də təmizlənir və onun funksiyaları bərpa olunur. Günəş vannaları hətta psoriaz xəstələri üçün də faydalıdır.

Bədəni qaraltmaq üçün birinci gün günəş şüaları altında 10-15 dəqiqədən artıq qalmamaq, dənizdə və çimərlikdə istirahət zamanı ilk günlər gün çətirlərindən istifadə etmək lazımdır. Hər şey normal olanda və özünü yaxşı hiss edərkən hər gün 5-10 dəqiqə artıq qalmaq olar. Tam qaralmış dəri üçün maksimal müddət yarım saatdan artıq olmamalıdır. Bədənin hər yerinin bərabər miqdarda qaralması üçün gün vannasından qabaq dəri səthini mixək, qoz, ərik və ya digər bitki yağı ilə yağlamaq məsləhətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.