ELM VƏ TEXNOLOGİYA


Günəş və Günəş-Yer əlaqələri fizikasının aktual problemləri barədə müzakirələr aparılıb

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Rəcəb İsmayıllı Belçikanın Ostend şəhərində keçirilən “13-cü Avropa Kosmik Hava Həftəsi” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, dünya şöhrətli alimlərin də iştirak etdikləri konfransda Günəş və Günəş-Yer əlaqələri fizikasının aktual problemləri barədə müzakirələr aparılıb.

Konfrans çərçivəsində qonaqlara Azərbaycanda görülən elmi işlər, həmçinin alınmış nəticələr barədə məlumat verilib, əməkdaşlıq əlaqələri qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.