MƏDƏNİYYƏT


Günəşli ölkənin övladlarıyıq

Bakı, 31 may, Aynur İsmayılova, AZƏRTAC

Mayın 31-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Günəşli ölkənin övladlarıyıq” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin elmi katibi Şəhla Məmmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara qayğısından söz açıb, Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” kəlamını yada salıb. Heydər Əliyevin xeyirxah ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan Şəhla Məmmədova 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunmasını da xatırladıb. Bildirib ki, ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılır, dövlətimizin bu sahəyə diqqət və qayğısı günbəgün artır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızda geniş miqyasda qeyd olunur.

Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri musiqi nömrələri ifa ediblər. Bakı şəhəri, Nəsimi rayonu, 151 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri şeir parçaları söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.