İQTİSADİYYAT
“Günəşli” yatağında 355 nömrəli quyu qazmadan sonra istismara verilib
Bakı, 5 iyul, AZƏRTAC
“Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini uğurla davam etdirir.
SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə birliyin sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib.
Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul vermiş, 2985-2974 metr intervaldan sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]