İQTİSADİYYAT


“Günəşli” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

“Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 30 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-AQŞ tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 3787-3773 metr intervaldan sutkalıq 30 ton kondensat və 115 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.