İQTİSADİYYAT


“Günəşli” yatağında yeni quyu qazılır

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündə 318 nömrəli quyunun qazılmasına başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən fasilə lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 min 850 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft hasil olunacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.