İQTİSADİYYAT


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir işləri davam etdirilir

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalan 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 4-də təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub. İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların bir hissəsi təxliyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb. Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.