İQTİSADİYYAT


“Günəşli” yatağındakı 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündə 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu məhsuldar qatın fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2846-2813 metr intervaldan sutkalıq 110 ton neft və 14 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.