İQTİSADİYYAT
“Günəşli” yatağındakı 80 nömrəli quyu yenidən istismara verilib
Bakı, 27 avqust, AZƏRTAC
Ölkənin neft-qaz sənayesində mühüm əhəmiyyətə malik “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 80 nömrəli quyu aparılmış geoloji tədbirlərdən sonra istismara verilib. Quyu qirməki üstü qumlu lay dəstəsindən, 3075-3052 metr intervaldan sutkalıq 100 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]