İQTİSADİYYAT


“Günəşli” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

“Günəşli” yatağında istehsal gücünün artırılması məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən quyularda intensiv əsaslı təmir işləri aparılır. Yataqdakı 13 nömrəli dərin dəniz özülündə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilib və 2825-2810 metr intervalından gündəlik 50 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.