CƏMİYYƏT
“Günəşli” yatağının 19-cu özülündə qaz təzahürünün qarşısının alınması işləri davam etdirilir
Bakı, 26 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixır-5” və “Vixır-7” yanğınsöndürmə gəmiləri özülə yan alaraq təhlükəsizlik tədbirləri görməyə başlayıb. Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.