İQTİSADİYYAT


“Günəşli”dəki 10 nömrəli özüldə aparılan əsaslı təmirdən sonra daha bir quyu istismara verilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

“Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə 340 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi tərəfindən “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra aparılan təmir-bərpa işləri öz bəhrələrini verməkdədir. Bu günlərdə özüldəki daha bir quyu - 340 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2967-2935 metr intervaldan gündəlik 52 ton neft və 8 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İB “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.