İQTİSADİYYAT


“Günəşli”dəki 10 nömrəli özüldə aparılan təmirdən sonra ilk quyu istismara verilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

“Günəşli” yatağındakı 10 nömrəli özüldə aparılan təmirdən sonra ilk quyu istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi (İB) tərəfindən “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra özülün əsaslı təmiri aparılıb. Özüldəki 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qaz-lift üsulu ilə mənimsənilərək, 2929-2888 metr intervaldan gündəlik 100 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.