İQTİSADİYYAT


“Günəşli”dəki 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

A+ A

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.