MƏDƏNİYYƏT


“Güney Azərbaycan nəsri” antologiyası çapdan çıxıb

Bakı, 23 iyul, AZƏRTAC

Bu günlərdə “Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri” antologiyasını çap edib. Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və “Ön söz”ü ilə yayınlanan antologiyaya Güney Azərbaycan bədii nəsrindən seçmələr daxil edilib.

AZƏRTAC xəbər verir ki, nəfis tərtibatla çapdan çıxan kitabda Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış simalarla yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli, Səməd Niknam, Güntay Gəncalp, Vali Gözətən, Fəranək Fərid, Küyülü Səid Nəccari, Toğrul Atabay, Həmid Arğış və başqa yazıçıların yaradıcılığı da yer alıb.

Antologiyaya daxil edilən bədii nəsr nümunələri janr baxımından rəngarəngdir. Burada hekayə, miniatür, mənsur şeir, memuar, həmçinin romanlardan parçalar əksini tapıb. Kitabda ayrı-ayrı müəlliflərin fotosu və haqqında yığcam məlumat da yer alıb. Ədəbi əsərlərin seçimində mümkün qədər bədii və milli dəyər daşıyan nümunələrə üstünlük verilib.

Hazırda ingilis dilinə tərcümə edilən antologiyanın gələn il Amerikada nəşr olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.