MƏDƏNİYYƏT


“Günlərdən şeir” layihəsinin növbəti tədbiri keçirilib

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Günlərdən şeir” layihəsinin dördüncü tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin növbəti qonağı AYB-nin üzvləri, tanınmış gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn olub.

AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, bu cür görüşlərin oxucular üçün xüsusi önəm daşıdığını qeyd etməklə yanaşı, layihə çərçivəsində növbəti silsilə şeir günlərinin keçiriləcəyini də vurğulayıb.

Gənc şairlər tərəfindən şeirlər səsləndirilib, oxucuların sualları cavablandırlıb.

Sonda şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.