İQTİSADİYYAT
Günter Heker: “Azərbaycanın mədəniyyəti və iqtisadi inkişafı, Bakının gözəlliyi, xüsusən də İçərişəhər ilə bağlı xoş təəssüratlarım vardır” VİDEO
Astana, 7 may (AZƏRTAC). Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Qazaxıstanın paytaxtında “Dəyişən dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən 47-ci illik toplantısı çərçivəsində Astananın Müstəqillik sarayında “Azərbaycan günü” təşkil edilmişdir.
Tədbirdə Bakı toplantısı ilə əlaqədar yaradılmış internet saytının təqdimatı olmuşdur. Sonra qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadmışlar. İştirakçılara Azərbaycan haqqında broşür, kitabça və digər əyani vəsaitlər paylanmışdır.
Asiya İnkişaf Bankının iqtisadi məsləhətçisi Günter Heker AZƏRTAC-a müsahibəsində demişdir: “Bir dəfə Bakıda olmuşam. Azərbaycanın mədəniyyəti və iqtisadi inkişafı, Bakının gözəlliyi, xüsusən də İçərişəhər ilə bağlı xoş təəssüratlarım vardır. Xüsusi qeyd etməliyəm ki, gələn il Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-ci illik toplantısında iştirakçılara nümayiş etdirmək üçün sizin çox gözəl şəhəriniz, maraqlı yerləriniz vardır”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana