İQTİSADİYYAT


“Gunvor Group”: Əgər OPEC razılığa gəlməsə neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər

A+ A

Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sabah Vyanadakı iclasında kartelə üzv ölkələr hasilatın azaldılması barədə razılıq əldə etməsələr neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük neft treyder şirkəti olan “Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist bu qənaətdədir.

“OPEC-ə üzv ölkələr razılığa gələ bilməsələr neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər. Əgər hər hansı razılıq əldə olunsa isə “qara qızıl”ın qiymətinin 50 dolları keçəcəyi ehtimal olunur. Hesab edirəm ki, OPEC razılığa gələcək”, - deyə T.Törnqvist əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.