ELM VƏ TƏHSİL


Gürcü aliminin kitabı Azərbaycanda nəşr olunub

Bakı, 22 iyun, AZƏRTAC

Görkəmli gürcü alimi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb. İsa Həbibbəyli ənənəvi ön söz formatından fərqli şəkildə, poetik üslubda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin dünəni, müasir inkişafı, əsas simaları və gələcək perspektivlərini səciyyələndirib.

Xatırladaq ki, Elizbar Cavalidze Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biridir. Bu vaxta qədər o, “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” adlı monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirib. Görkəmli alimin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsərdir. Bu kitabın ölkəmizdə nəşri qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından böyük əhəmiyyət daşıyır və orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayır.

Kitab professor Bədirxan Əhmədovun elmi redaktorluğu və Mirzə Məmmədoğlunun tərcüməsində oxuculara təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.