CƏMİYYƏT


Gürcü dilini bilən azərbaycanlı gənclər dövlət strukturlarında işlə təmin olunurlar

Tbilisi, 1 iyul, AZƏRTAC

“Gürcüstanda yaşayan azərbaycanlı gənclər dövlət strukturlarında və müəssisələrində işləməyə böyük maraq göstərirlər. Biz gürcü dilini bilən azərbaycanlı gəncləri məmnuniyyətlə işə qəbul edirik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müavini Petre Kankava söyləyib.

O deyib ki, Gürcüstanda 1+4 proqramı fəaliyyət göstərir və azərbaycanlı tələbələr və gənclər pulsuz olaraq proqram çərçivəsində dövlət dilini öyrənir, istədikləri ali məktəblərə qəbul olunurlar. “Bu ildən başlayaraq biz Təhsil Nazirliyi ilə birlikdə dördüncü kursu bitirən etnik azlıq nümayəndələrini 14 müəssisə, idarə və təşkilatlarda təcrübə işinə qəbul etmişik. Onlar, əvvəlcə təcrübə keçəcək, dövlət dilini mükəmməl bildikdən sonra müxtəlif dövlət və hökumət strukturlarında çalışacaqlar” – deyə o əlavə edib.

P.Kankava deyib: “Gürcüstan hökuməti gürcü dilini mükəmməl bilən və fəal olan hər bir gənci Ədliyyə Nazirliyi, quberniya, rayon icra hakimiyyətlərində və digər müəssisələrdə yüksək vəzifələrdə görmək istəyir. Bu, dövlətin milli etnik azlıqlara qayğısı və böyük diqqətidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.