SİYASƏT


Gürcüstan Azərbaycanlılarının Milli Konqresi bəyanat yayıb

Bakı, 7 iyul, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.

Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarını narahatlığına səbəb olduğu bildirilir.

Həmçinin bəyanatda deyilir: “Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.

Qeyd olunub ki, dünyanın aparıcı, sülhpərvər dövlətləri, beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmalıdır.

“Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”,- deyə bəyanatın sonunda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.