DÜNYA
Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze vəzifəsindən istefa verib
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze vəzifəsindən istefa verib.
Buna səbəb onun oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak etməsidir.
Kaxa Kaladze hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının baş katibidir.
Hakim partiya yerli qanunvericiliyə uyğun olaraq bu gün namizədlərinin siyahısını açıqlayıb. Kaladze bu siyahıda ikinci yerdədir.
Qanunvericiliyə görə, parlament seçkilərində iştirak edən şəxs dövlətdə və ya hökumətdə məsul vəzifə tuta bilməz.
Kaxa Kaladze ilə yanaşı, kənd təsərrüfatı naziri Otar Daneliya da bu gün vəzifəsindən istefa verib.
O.Daneliyanın namizədliyi hakim partiya tərəfindən mojaritar qaydada irəli sürülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi