MƏDƏNİYYƏT


Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir

Bakı, 15 may, AZƏRTAC

Aprelin 19-dan 30-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTA) direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi barədə apardığı danışıqlar və razılaşma əsasında imzalanmış “Qarşılıqlı qastrol səfərləri” haqqında müvafiq müqavilələrə əsasən ADGTT-nin yaradıcı heyəti, Gürcüstan, Şimali Osetiya və Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Pərvinin “Dəcəl keçi” tamaşası ilə 10 gün müddətində qastrol səfərində olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, öz növbəsində Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı mayın 19-dan 22-dək Bakıda – ADGTT-nin qonağı olaraq L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşası ilə məktəblilər və şəhərimizin qonaqlarını sevindirəcəklər.

Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.

Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.

Səfər çərçivəsində ADGTT-nin əməkdaşları tərəfindən qonaqların şəhərimizin görməli yerləri ilə tanışlığını təmin etmək məqsədilə mədəni proqram da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.