DÜNYA


Gürcüstan MSK təkrar parlament seçkilərinin keçirilməsi üçün hökumətdən əlavə vəsait istəyib

A+ A

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Gürcüstan Hökuməti oktyabrın 8-də keçirilən parlament seçkiləri üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 38 136 239 GEL, təxminən 16,2 milyon dollar vəsait ayırıb. Bu vəsaitin böyük hissəsi xərclənib.

MSK-dan AZƏRTAC-a bildiriblər ki, birinci turdan sonra bəzi dairə və məntəqələrdə səsvermənin nəticələri ləğv olunub. Ona görə də MSK seçkilərin ikinci turunun keçirilməsi barədə qərar qəbul edib.

Komissiya həmin dairə və məntəqələrdə təkrar seçkilərin və ikinci turun keçirilməsi üçün hökumətdən 6 056 718 GEL, təxminən 2,5 milyon dollar əlavə vəsait istəyib.

MSK-dan bildiriblər ki, bu vəsait əsasən dairə və məntəqələrdə seçkilərin təşkilinə, komissiya üzvlərinin mükafatlandırılmasına, malların alınması və xidmətlərin göstərilməsinə yönəldiləcəkdir.

Oktyabrın 8-də keçirilmiş seçkilərdə 50 majoritar dairədə namizədlərin heç biri seçicilərin səsinin 50 faizdən çoxunu toplaya bilməyib. Ona görə də MSK oktyabrın 30-da həmin dairələrdə səsvermənin ikinci turunun keçirilməsi barədə qərar qəbul edib. Bəzi məntəqələrdə isə ciddi qanun pozuntusuna yol verildiyi üçün səsvermənin nəticələri ləğv edilib. Həmin məntəqələrdə təkrar səsvermə oktyabrın 22-də keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.