DÜNYA


Gürcüstan-Rusiya avtomobil yolu nəqliyyatın hərəkəti üçün tam bağlanıb

A+ A

Tbilisi, 2 dekabr, AZƏRTAC

Gürcüstandan Rusiyaya gedən yeganə Mçxeta-Stepançminda-Lars magistralı bütün növ avtomobillər üçün bağlanıb.

Yolda 200-ə yaxın avtomobil dayanıb.

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyindən bildiriblər ki, dekabrın 1-də gecə saatlarında güclü qar yağması, yolun buz bağlaması və dumana görə yol tam bağlanıb. Dekabrın 2-də səhər saatlarında 4x4 ötürücü tipli minik avtomobillərinin hərəkətinə icazə verilsə də, günün ikinci yarısında yol yenidən tam bağlanıb. Hazırda yolda 150-dən çox yük maşını, sərnişin avtobusu və minik avtomobili dayanıb. Onlardan 50-yə yaxını Azərbaycandan gəlib. Onların arasında minik avtomobilləri üstünlük təşkil edir.

Hazırda Gürcüstanın müvafiq qurumları yolun qardan təmizlənməsi, avtomobillərin təhlükəsiz əraziyə aparılması, ehtiyacı olanlara tibbi və sosial yardımların göstərilməsi istiqamətində tədbirlər görür.

Yolun nə vaxt açılacağı barədə dəqiq məlumat verilməyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.