DÜNYA
Gürcüstan hökuməti əhalinin təbii qazla təminatı ilə əlaqədar yeni layihə hazırlayıb
Tbilisi, 4 avqust, AZƏRTAC
Gürcüstan Hökuməti ölkənin bir sıra ucqar yaşayış məntəqələrinin təbii qazla təmin olunması üçün nəzərdə tutulmuş layihəni təsdiq edib. Layihəyə əsasən, 18 minə yaxın ailə ilin sonunadək təbii qazla təmin olunacaq. Bunun üçün dövlət büdcəsindən 27 milyon GEL maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
Təbii qazla təmin olunacaq kəndlərin sırasında azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun kəndləri də var.
Bildirilib ki, hökumət əhalinin təbii qazla təmin olunması üçün hər il dövlət büdcəsindən 20 milyon GEL vəsait xərcləyir. Qalan əhalinin də qazla təminatı üçün yeni layihə hazırlayır.
Qazlaşdırma işlərini “Gürcüstan Qaznəqliyyat Kampaniyası” həyata keçirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi