İDMAN


Gürcüstan komandası Bakıda reqbi üzrə açıq turnirin qalibi olub

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Bakıda reqbi üzrə açıq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Bakı komandaları ilə yanaşı, Gürcüstan klubları da iştirak ediblər. Turnirin final oyunları Qaradağ Təlim-İdman Bazasının meydançasında təşkil olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Gürcüstanın “Tsikara” komandası qalib adını qazanıb. “Qarabağ” komandası gümüş, “Pələng” klubu isə bürünc medala sahib olublar.

Mükafatçılara Bakı Şəhər Gənclər və İdman Baş İdarə tərəfindən kubok, medal və müvafiq dərəcəli diplomlar təqdim edilib.

Turnirin sonuncu günündə “Tsikara” komandasının reqbiçiləri üçün şəhərimizin tarixi yerlərinə ekskursiya təşkil olunub, qonaqlar, həmçinin Heydər Əliyev Mərkəzində də olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.