DÜNYA
Gürcüstan kommunistləri hökumətdən Rusiya ilə diplomatik əlaqələrin bərpasını tələb edirlər
Tbilisi, 22 dekabr, AZƏRTAC
Gürcüstan Vahid Kommunist Partiyasının (GVKP) üzvləri Qori şəhərində İosif Stalinin anadan olmasının 135-ci ildönümü ilə əlaqədar aksiya keçiriblər.
Stalinin ev muzeyinin ərazisində toplaşan aksiya iştirakçılarının əllərində qırmızı bayraqlar, üzərində “Rusiya xalqları ilə birlikdə” sözləri yazılmış plakatlar olub.
Aksiya iştirakçıları Gürcüstan hökumətindən Stalinin büstünün onun ev muzeyinin qarşısında yerləşdirilməsi barədə Qori şəhər sovetinin qərarının yerinə yetirilməsini və Rusiya ilə diplomatik əlaqələrin bərpasını tələb ediblər.
GVKP-nın sədri Temur Pipiya jurnalistlərə bildirib ki, tələbləri yerinə yetirilməsə aksiyalar daha geniş şəkildə davam etdiriləcək.
Sonra mitinq iştirakçıları Qori şəhər administrasiyasının binasına qədər yürüş keçiriblər.
Aksiya insidentsiz başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]