DÜNYA


Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

A+ A

Tbilisi, 26 noyabr, AZƏRTAC

Gürcüstan parlamentinin noyabrın 26-da keçirilmiş iclasında yeni hökumətin tərkibi təsdiq edilib.

Deputatların 110-u hökumətin yeni tərkibinin lehinə, 19 nəfəri isə əleyhinə səs verib.

Beləliklə, yeni hökumətin başçısı Georgi Kvirikaşvili olub. Baş nazirin birinci müavini maliyyə naziri Dmitri Kumsişvili, müavini isə energetika naziri Kaxa Kaladze təyin edilib.

Əvvəlki hökumətdə təmsil olunanlardan yalnız üçü vəzifələrini itirib.

İqtisadiyyat naziri vəzifəsinə Georgi Qaxariya, infrastruktur və regional inkişaf naziri vəzifəsinə isə Zurab Alavidze təyin olunublar.

Avrointeqrasiya naziri vəzifəsinə Viktor Dolidze təyin edilib. Ondan əvvəlki nazir David Bakradze isə Gürcüstanı ABŞ-da səfir kimi təmsil edəcək.

Parlament seçkilərindən əvvəl hökumətdə vəzifə tutan digər nazirlər isə öz vəzifələrində qalıblar.

Daxili işlər naziri Qeorqi Mqebrişvili, ədliyyə naziri Tea Çelukiani, qaçqınların işləri üzrə nazir Sozar Subari, müdafiə naziri Levan İzoriya, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Çixelaşvili, idman və gənclər naziri Tariel Xeçikaşvili, təhsil naziri Aleksandr Djedjelava, ətraf mühit naziri Qiqla Aqulaşvili, mədəniyyət naziri Mixail Qiorqadze, xarici işlər naziri Mixail Canalidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili, səhiyyə naziri isə David Sergeeonko təyin olunublar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.