“Gürcüstan” qəzetində AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi dərc edilib
Tbilisi, 10 dekabr, AZƏRTAC
Gürcüstanda geniş oxucu kütləsinə malik “Gürcüstan” qəzetində AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Xətayi Əzizovun Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş “Dostluq əlaqələrimiz davamlıdır” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə ölkələrimiz arasındakı qədim dostluq və mehriban qonşuluq əlaqələrindən bəhs olunur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münasibətlərimizin daha da genişlənməsi, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məqalədə xüsusi qeyd olunub.
Yazıda iki ölkənin iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, beynəlxalq əməkdaşlıqdan da geniş söhbət açılıb.